Modern.az

Nepalda Avropa Birliyinin 1000 vətəndaşı itkin düşüb

Nepalda Avropa Birliyinin 1000 vətəndaşı itkin düşüb

Təhsil

1 May 2015, 18:08


Avropa İttifaqının Nepaldakı xüsusi nümayəndəsi Renşe Terinq Nepalda baş verən zəlzələ zamanı 12 Avropa Birliyi ölkəsinin vətəndaşının həlak olduğunu, 1000-dən artıq vətəndaşının isə itkin düşmüş sayıldığnıı bildirib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, avropalı nümayəndə onların harada olması ilə bağlı məlumatlarının olmadığını deyib.   “Biz onların harada olduğunu bilmirik”, - deyə Terink jurnalistlərə deyib. O əlavə edib ki, itkin düşən turistlər əsasən Lanqtanq və Lukla vilayətlərində səfərdə olublar.

Regionda son 80 ildə baş verən ən güclü zəlzələ kimi tarixə düşən Nepaldakı təbii fəlakət nəticəsində ölənlərin sayı son məlumatlara görə, 6205 nəfər çatıb.

Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Nepal rəsmiləri azı 2 milyard dollar vəsaitə ehtiyac olduğunu deyiblər.

Yayılan digər məlumatda isə bildirilir ki, Rusiyanın Pakistandakı səfirliyinin 2 əməkdaşı - Aleksey Lipeyev və Mariya Yakovlevanın da taleyi barədə xəbər yoxdur.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə