Modern.az

“Azadlıq-2015” bloku Prezident Administrasiyasının təklifini müzakirə etdi

“Azadlıq-2015” bloku Prezident Administrasiyasının təklifini müzakirə etdi

1 May 2015, 20:15


Mayın 1-də “Azadlıq-2015” Seçki blokunun   növbədən kənar toplantısı olub. Modern.az-ın məlumatına görə, toplantıda,  Prezident Administrasiyasının  13-16 may tarixləri arasında - “I Avropa İdman oyunlarına  münasibət” -  mövzusunda siyasi  partiyalarla növbəti görüş keçirilməsi təklifi müzakirə edilib.
Müzakirələr zamanı  tədbirə  fəaliyyət  göstərən  bütün qeydə alınmış və qeydə alınmamış siyasi partiyaların dəvət ediləcəyi barədə tədbir təşkilatçısı kimi çıxış edən Prezident Administrasiyası  İctimai-siyasi  şöbəsinin mövqeyi diskyssiyalara səbəb olub. Eyni zamanda  əvvəlcədən əldə olunan razılığa uyğun olmayaraq mövzunun  bir tərəfli qaydada müəyyənləşdirilməsi  bu tədbirin məqsədi ətrafında qeyri müəyyənlik yaratmasından narahatlıq ifadə olunub. Bunları nəzərə alaraq,  müzakirələrin siyasi partiyaların yetkili orqanlarında davam etdirilməsi və yalnız bundan sonra qərara bağlanması məqsədəuyğun hesab olunub.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat