İsveç alimləri 50 ildən artıq davam edən tədqiqatlarını yekunlaşdırıblar. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, uzunömürlülüyün sirrini öyrənmək üçün alimlər 1913-cü ildə İsveçin Heteburq şəhərində anadan olmuş 855 nəfərin həyat tərzi və sağlamlıq durumları ilə bağlı müşahidələr aparıblar. Tədqiqatların sonunda isveçli alimlər çox yaşamaq istəyənlər üçün məsləhətlər toplusu da hazırlayıblar.
Eksperimentdə iştirak edən 855 nəfərdən 232-si 80, 111-i 90, 10-nu isə 100 yaşı olduğunu qeyd ediblər. Alimlər müəyyən ediblər ki, 80 yaşıdan sonra ən böyük ölüm səbəbi ürək-damar xəstəlikləri (42%), daha sonra isə infeksion xəstəliklər (20%) olub. 80-i haqlamış təcrübə iştirakçılarından 8%-i xərçəng və insultdan, 6%-i pnevmoniyadan və daha 16%-i başqa səbəblərdən həyata vida edib.
Tədqiqatçı alimlərin gəldiyi qənaətə görə, insan ömrününü davamlılığına onun 50 yaşında malik olduğu sosial-iqtisadi durumu, ana tərəfdən irsi uzunömürlülüyə meyl, qanda normal xolestrin miqdarı və tütündən istifadə etməmək daxildir. Həmçinin, alimlər 100 yaşa çatmaq üçün gündə 4 fincandan artıq kofe içməyi məsləhət görmürlər.
100 yaşlı kişinin ümumiləşmiş obrazı isveçli alimlərə görə belə görünür: ayrı evdə, yaxud mənzildə yaşayan, artıq çəki problemi olmayan, siqaret çəkməyən, eşitmə aparatından istifadə edən və qiraət zamanı eynəkdən istifadə edən şəxs.