Modern.az

Təhsil naziri bütün məktəblərə 9 mayla bağlı göstəriş verdi

Təhsil naziri bütün məktəblərə 9 mayla bağlı göstəriş verdi

1 May 2015, 21:29

Modern.az saytı xəbər verir ki, mayın 9-da Təhsil Nazirliyi tabeliyindəki təhsil müəssisələrində iməcilik keçiriləcək. Təhsil naziri Mikayıl Cabbarov faşizm üzərində qələbənin 70 illiyi və mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində iməcilik keçirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinə ünvanlanmış telefonoqramma imzalayıb.

Müəllim, şagird və texniki işçilərin iştirakı ilə keçiriləcək iməciliklərdə təhsil müəssisələri ərazisində, tədris ocaqları daxilində abadlıq, yaşıllıq, təmizlik işlərinin görülməsi nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir