Modern.az

Avropa İttifaqından sonra ABŞ da Azərbaycana dəstək oldu

Avropa İttifaqından sonra ABŞ da Azərbaycana dəstək oldu

2 May 2015, 09:29


ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçiriləcək “parlament seçkiləri”nə münasibət bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəsmisi ABŞ-ın  Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımadığını bəyan edib.

O bildirib ki, məhz bu baxımdan rəsmi Vaşinqton mayın 3-də Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimin keçirəcəyi “seçkilər”in nəticələrini qəbul etməyəcək.

Qeyd edək ki, bundan öncə Avropa İttifaqı da Dağlıq Qarabağdakı qondarma rejimdə keçiriləcək “parlament seçkiləri”nə etiraz edib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat