Modern.az

Əşrəf Mehdiyevin həyat yoldaşı vəfat edib

Əşrəf Mehdiyevin həyat yoldaşı vəfat edib

2 May 2015, 12:30

Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının mərhum sədri Əşrəf Mehdiyevin ailəsinə ağır itki üz verib. Modern.az saytının məlumatına görə, Əşrəf Mehdiyevin həyat yoldaşı Elmira Mehdiyeva vəfat edib.

Mərhum Elmira Mehdiyeva 1940-cı ildə Cəbrayıl rayonunda tanınmış ailədə doğulub. Onun atası İsrafil Mehdiyev vaxtilə Cəbrayıl rayon Partiya Komitəsinin katibi vəzifəsində işləyib, 1941-ci ildə isə zabit kimi könüllü olaraq Böyük Vətən Müharibəsinə yollanıb və həlak olub.

Elmira Mehdiyeva 1 yaşından yetimliklə böyüyüb, ali təhsil alıb, Cəbrayıldakı M.Qorki adına orta məltəbdə alman dili müəlliməsi işləyib.
Elmira xanımın dərs dediyi şagirdlərdən bir neçəsi sonradan Azərbaycan miqyasında tanınıb. O, Azərbaycanın sabiq baş prokuroru Murad Babayevə, tanınmış hüquqşünas Adil Minbaşıyevə, Mərkəzi Bankın sədri Elman Rüstəmova, xalq artisti Şükür Əhmədova, 20-dən çox Qarabağ şəhidinə dərs deyib.

Həcc ziyarətində olmuş Elmira Mehdiyeva çevrəsində inanclı insan kimi tanınmışdı. Baş müəllim adı almış mərhum orta məktəblərin linqafonlaşması haqqında 2 kitabın da müəllifidir.

Allah rəhmət eləsin.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat