“Mayın 10-da Moskvaya səfərim Rusiya ilə indiki fikir ayrılığına baxmayaraq çox vacibdir”. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu mayın 2-də Almaniya hökumətinin ənənvi həftəlik videobloqunda kansler Angela Merkel bəyan edib: “Bizim hazırda Rusiya ilə Ukrayna məsələsinə görə çox böyük fikir ayrılığımız var. Bununla belə, mənim mayın 10-da Naməlum əsgərin məzarına Rusiya prezidenti ilə birgə əklil qoymağım çox vacibdir. İkinci Dünya Müharibəsində milyonlarla insanın ölümünə görə bunu etmək Almaniyanın vicdan borcudur. Bu, çox vacivdir”.
Merkel Moskvada Rusiya prezidenti ilə danışıqlar da aparacaq. Ancaq danışıqların mövzusu hələ ki açıqlanmır.
Modern.az