Modern.az

İlham Əliyev Polşa Prezidentini təbrik edib

İlham Əliyev Polşa Prezidentini təbrik edib

2 May 2015, 20:32


Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan ilə Polşa arasındakı münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim sülh və tərəqqi arzulayıram".

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat