Modern.az

Zakir Həsənov iki ölkənin Silahlı Qüvvələrinin rəhbərləri ilə görüşəcək

Zakir Həsənov iki ölkənin Silahlı Qüvvələrinin rəhbərləri ilə görüşəcək

2 May 2015, 21:45


Mayın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankaraya səfər edəcək.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində, mayın 4-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə  Silahlı  Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək. Görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir.

Üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşünün yekunlarına dair protokolun imzalanması nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat