Modern.az

İŞİD lideri haqda yeni İDDİA: “Fəqərə sütunundan ağır yaralanıb”

İŞİD lideri haqda yeni İDDİA: “Fəqərə sütunundan ağır yaralanıb”

2 May 2015, 23:00


Britaniyada dərc olunan “Guardian” qəzeti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin ABŞ rəhbərliyindəki koalisiyanın hava hücumunda ağır yaralandığı iddiasına yeni detallar əlavə edib.

Modern.az bildirir ki, qəzetin yazdığına görə, Bağdadi iki ay öncə fəqərə sütunundan yaralanıb. Hərəkət qabiliyyəti məhdudlaşan Bağdadi səlahiyyətlərini böyük ölçüdə müavini Ebu Ala əl Efriye təhvil verib. Efri də böyük bir intiqam aktı planlaşdırır.

İŞİD-in İraqdakı bazasına çevrilən Mosula gizlicə gedən biri qadın iki həkimin müalicə etməyə çalışdığı Bağdadinin iddialara görə, bir daha cihatçı təşkilata liderlik edə bilməyəcək vəziyyətdədir.

Sadəcə, İŞİD-in ən yüksək səviyyəli liderlərindən ibarət dar bir qrup Bağdadinin vəziyyətinin ciddiliyi haqqında məlumata malikdir. Qəzetin üç müxtəlif qaynağa əsaslandırdığı xəbərinə görə,  martın 18-də Bağdadi Tirin əyalətindəki Əl Baaj bölgəsində vurulub. ABŞ-ın Müdafiə Nazirliyi Bağdadinin sağlamlığına dair iddialar haqqında şərh verməkdən çəkinir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat