Ankaranın meri Melih Gökçək ABŞ Dövlət Departamentinin mətbuat katibi Mari Хаrfı “axmaq sarışın” adlandırıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, merə cavabında ABŞ-ın Türkiyədəki səfiri saçlarını rəngləyib.
Kobud fikirləri ilə məşhur olan Türkiyə paytaxtının meri Baltimord iğtişaşlar başlayandan sonra özünün Twitter səhifəsində yazıb: “Hanı o axmaq sarışın, Türkiyədə qeyri-proporsional güc tətbiqinə görə polisi günahlandıran?” Səfir Con Bass İnstagram səhifəsinə rəngli saçlı şəklini yerləşdirərək belə cavab verib: “Amerikalı diplomatlar: Biz hamımız sarışınıq”.Modern.az