İngiltərə Premyer liqasının 35-ci turunda Joze Mourinyonun baş məşqçisi olduğu Londonun “Çelsi” klubu minimal hesabla (1:0) “Kristal Pelas”ı məğlub etməklə çempionatının finişinə 3 tur qalmış çempionluğu təmin edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Çelsi”nin qələbə qolunu oyunun 45-ci dəqiqəsində Professional Futbol Assosiasiyasının versiyası üzrə bu il İngiltərədə ən yaxşı futbolçu hesab olunan Eden Azar vurub.
Modern.az