Pakistanın cənub-qərbində avtobusun yanması nəticəsində 11 nəfər həlak olub, 34 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, toydan qayıdan qonaqları aparan avtobus yüksək gərginlikli elektrik naqilinin onun üstünə düşməsindən sonra alışıb. Ölənlərdən 3-nün uşaq, 7-nin qadın olduğu bildirilir.
Hadisə zamanı xəsarət alanların hamısı hospitala yerləşdirilib, onlardan 32-nin vəziyyətinin kritikdir.
Polisdən verilən məlumata görə, bəylə gəlin ayrı avtomobildə olduqları səbəbindən xəsarət almayıblar.
Modern.az