Modern.az

Qubad İbadoğlu Vurğun Əyyuba görə Müsavatı...

Qubad İbadoğlu Vurğun Əyyuba görə Müsavatı...

4 May 2015, 09:04

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Amerikadan öz müavini Vurğun Əyyubun Müsavat partiyasından xaric edilməsinə etiraz edib.


Etirazda o, bildirir ki, dünən Müsavat Partiyasının yerli təşkilatı yuxarıların göstərişi ilə 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, 1997-ci ildən partiyanın Baş katibi, 2001-ci ildən Müsavat başqanının 1-ci müavini olmuş, partiyanın quruculuğunda və inkişafında xidməti olan, görkəmli ziyalı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun partiya sıralarından xaric olunması barədə "qərar" qəbul edib.

“Vurğun bəyin Müsavat partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qısasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur. Heç şübhəsiz ki, belə idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, gələcəyinə isə yaxşı heç nə verməyəcək. İnanıram ki, ləyaqətli partiya üzvləri və dəyərli ictimaiyyət nümayəndələri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərərək demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat