Modern.az

Horadizdə “Gənclər prospekti”i açıldı

Horadizdə “Gənclər prospekti”i açıldı

4 May 2015, 10:50

Füzuli rayonunun Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti”nin açılış mərasimi keçirlib. Prospektin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışıb.  

Alı Alıyev bildirib ki, son üç ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülüb, həmin küçələr əslində yenidən qurulub.  Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi qurulub, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilib, işıqforlar quraşdırılıb, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilib. Küçələrə asfalt örtüyü salınıb, zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri daima diqqət mərkəzində saxlanılır.

İcra başçısı qeyd edib ki, ümumi uzunluğu 1,5 km olan “Gənclər prospekti”nin inşasına 2014-cü ildə başlanıb, prosbektə asfalt örtüyü salınıb, avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işıqfor quraşdırılıb, qızılgül kolları, xaricdən gətirilmiş həmişəyaşıl ağaclar əkilib.

Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.








Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat