Modern.az

Məşhur “Əsgər atası” filminin rejissoru öldü

Məşhur “Əsgər atası” filminin rejissoru öldü

4 May 2015, 11:23


Gürcüstanın Xalq artisti, daha çox “Əsgər atası” filminin rejissoru kimi tanınan Revaz Çxeidze 88 yaşında vəfat edib. Modern.az Gürcüstan mətbutına istinadən xəbər verir ki, rejissor təbii səbəblərdən dünyasını dəyişib. 

 Revaz Çxeidze 1926-cı il dekabrın 8-də Kutaisi şəhərində anadan olub. Onun yazıçı atası David Çxeidze 1937-ci ildə Sovet rejimi tərəfindən güllələnmişdi. Çxeidze 1953-cü ildən “Gürcü-film” kinostudiyasının rejissoru, 1973-cü ildən isə studiyanın direktoru çalışıb. Revaz Çxeidzenin ən məşhur rejissor işi bir sıra beynəlxalq mükafatları qazanmış və tamaşaçılar tərəfindən sevilmiş “Əsgər atası” (1964-cü il) filmi olub.



Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat