Modern.az

“Vəhdət müxalifət partiyası olmadığından iqtidarla görüşə çağırılmır”

“Vəhdət müxalifət partiyası olmadığından iqtidarla görüşə çağırılmır”

4 May 2015, 11:55


“Vəhdət müxalifət partiyası olmadığından iqtidarla görüşə çağırılmır” - Tahir Kərimli

Prezident Administrasiyası Vəhdət Partiyasına iqtidarın siyasi partiyalarla növbəti görüşü üçün təklif göndərməyib. Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az saytına bildirib ki, rəhbərlik etdiyi qurum  iqtidarın strategiyasını müdafiə etsə də, gözlənilən görüşlə bağlı onlara təklif daxil olmayıb: 

“Hazırda görüşdə iştirak etməyimizlə bağlı heç bir məlumat yoxdur. Biz özümüzü müxalif yönlü partiya elan eləmirik. Ona görə də bizim görüşə dəvət olunmamağımız təbiidir".

Tahir Kərimli əlavə edib ki, onda olan məlumata görə iqtidar-müxalifət görüşü 13-16 may tarixləri arasında baş tutacaq. 

Mayın 1-də Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun adından növbəti iqtidar-müxalifət görüşünün keçirilməsi üçün bir sıra partiya rəhbərlərinə təklif göndərilib.

Bəzi mövzularda razılıq əldə olunacağı halda iqtidarla siyasi partiyalar arasında növbəti görüş mayın ortalarına qədər keçiriləcəyi gözlənilir.

Vəhdət Partiyasının sədri Tahir Kərimli bundan əvvəlki görüşlərdə iştirak edib.

Sevinc Yasinqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat