Azərbaycanda ali məktəblərin bakalavr və magistratura səviyyələri üzrə qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub.
Modern.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Məleykə Abbaszadənin sözlərinə görə, TQDK təkliflər verərkən qəbul planının ötən illərdə dolma səviyyəsi və abituriyentlərin ixtisaslara olan marağı nəzərə alınıb Komissiya sədri Azərbaycan və rus bölməsində bəzi ixtisaslar üzrə müsabiqənin birgə aparılmasının da təklif edildiyini vurğulayıb:
"Magistratura və bakalavr səviyyəsi üzrə müəyyən ixtisaslarda bu təkliflər nəzərə alınıb. Bu yaxınlarda "Magistr" jurnalının növbəti sayı dərc olunacaq. Burada magistraturaya qəbul planında olan dəyişikliklər əks olunacaq. Artıq 1 ay öncə olan anonslar təkliflərdə öz əksini tapıb. AMEA üçün magistratura səviyyəsi üzrə 20 plan yeri ayrılıb".
Modern.az