Əli Əhmədovu sözlərinə görə növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq.
“Bu qaydalar hazırdır və yaxın zamanlarda təsdiq olunacaq. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək”.
Hökumət rəsmisi bildirib ki, bu, texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir:
“Amma, məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin.
Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. Çünki, insanlarımız dərmanların keyfiyyətinin aşağı olmasından və onun qiymətinin yüksək olmasından əziyyət çəkməməlidirlər. Qaydalar hazırlanıb həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”.
Modern.az