Modern.az

1 manatlıq “SimSim” kartlarının satışında problem var? - Azercell-dən AÇIQLAMA

1 manatlıq “SimSim” kartlarının satışında problem var? - Azercell-dən AÇIQLAMA

4 May 2015, 14:57

Son vaxtlar satışda olan 1 manatlıq “SimSim” danışıq kartları yığışdırılıb. Modern.az saytı bunun səbəbini öyrənmək üçün Azercell Telekom MMC-yə yazılı sorğu ünvanlayıb.
Qurumun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Azercell Telekom MMC-nin təqdim etdiyi xidmətlər çərçivəsində danışıq kartlarında qiymət dəyişikliyi olmayıb və danışıq kartları üzərindəki nominalla satılması nəzərdə tutulur: “Müvafiq nominallı danışıq kartlarının bütün bölgələrdə dilerlər tərəfindən satışını təmin etmək üçün tərəfimizdən tədbirlər görülməkdədir. Bundan başqa, abunəçilərin rahatlığını təmin etmək məqsədilə onlara müxtəlif alternativ yollarla ödənişlər həyata keçirmək, öz balanslarını artırmaq imkanı olduğunu xatırladırıq. Belə ki, abunəçilər bütün bank və poçtlardan, nağd pul vasitəsilə ödəmə kiosklarından (PayPoint-lar), o cümlədən kredit və ya debit kartları (VISA, VISA Electron, Cirrus/Maestro, MasterCard/Eurocard) vasitəsi ilə ATM (bankomatlar) üzərindən, www.azercell.com rəsmi İnternet səhifəsindən, həmçinin köçürmə yolu ilə və Mobil Bank xidməti vasitəsi ilə də ödəmələri həyata keçirə bilərlər”.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat