“Müstəqiliyimizi bərpa etdikdən sonra yaranan plüralistik mühit bir sıra yeni cəhətləri ilə diqqəti çəkir ki, bu sırada ən önəmli kompanentlərdən biri də QHT-lərdir. Əsasən 1995-ci ildən etibarən təşəkkül tapmağa başlayan qeyri- hökumət təşkilatları sektoru bu gün Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissələrindən biridir. Bütövlükdə vətəndaş cəmiyyəti inistitutları ölkənin bütün taleyüklü məsələlərində aktiv iştiraklarıyla seçilir”.
Modern.az-ın məlumatına görə bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyib.O bildirib ki, Azərbaycan dövlətinin cənab prezidentin şəxsində bu sektorun inkişafı ilə bağlı nümayiş etdiridiyi siyasi iradə QHT-lərin inkişafında mühüm əhəmiyyət daşıyır.
Elməddin Behbudun sözlərinə görə vaxtı ilə o qədər də rəvan olmayan QHT - dövlət münasibətləri bü gün nəinki yaxın əməkdaşlıq, hətda tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Sevindiricidir ki, biz istər beynəlxalq müstəvidə, istərsədə ölkə içində ən müxtəlif mövzularda qarşılıqlı faydalı əməkdaşlığın və tərəfdaşlığın nəticələrini görməkdəyik. Bu sırada ən önəmli yeri Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşası tutur.
Azərbaycan QHT-ləri Avropada, habelə Amerikada dövlətimizin xarici siyasət kursuna uyğun olaraq ərazi bütövlüyümüzün bərpası üçün hər il yüzlərlə seminar, konfrans və görüşlər keçirir. Eyni zamanda insan hüququ və azadlıqlarının müdafiəsi, ekoloji, mədəni, sosial və humanitar xarakterli problemlərin ictimailəşdirilməsi və bu istiqamətlərdə maarifçilik işinin aparılmasında da QHT-lərin fəaliyyəti nəzərəçarpandır.
Vaxtı ilə demək olar ki, yalnız xaric donorlardan asılı olan Azərbaycan QHT-ləri cənab prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı nümayiş etdiridiyi yüksək siyasi iradə nəticəsində bu gün müstəqil və daha geniş miqyasda fəaliyyət göstərmək imkanına malikdir.
2008-ci ildə cənab prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, 2011-ci ildə Gənclər Fondunun, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və digər milli donor təsisatlarının yaradılması yerli QHT-lərin, gənclərin, tədqiqatçıların həyatında yeni mərhələ açmış oldu. Yalnız Şura 2015-ci ilin birinci qrant müsabiqəsi çərçivəsində 387 QHT-nin layihəsinin maliyələşdirilməsi haqqında qərar qəbul edib. Bu faktın özü QHT-lərin təminatı haqqında çox şey deyir.
Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası nümunəsi əksər dövlətlər üçün örnək model kimi öyrənilir. Bütün bunlar göstərir ki, cəmiyyətimiz üçün faydalı sayılan vətəndaş təşəbbüskarlığı Azərbaycan dövləti tərəfindən dəstəklənir və ölkəmizdə bu sahədə zəruri hüquqi, ictimai mühit var. QHT-lərə başlıca missiyalarını həyata keçirmək üçün yetərincə münbit şərait yaradılıb.
Dövlətin III sektordan yeganə tələbi Azərbaycanın milli maraqlarını heç bir zaman antiazərbaycan dairələrin düşmən niyyətlərinə qurban verməmək, milli maraqlarımızı hər bir digər maraqdan uca tutmaqdır. Azərbaycan haqqında məqsədli şəkildə qarayaxma kampaniyası aparan dairələri narahat edən də məhz bu amildir. Ancaq onların hazırladıqları tənqidi hesabatların saxtalığı və Azərbaycana təzyiq xarakteri daşıdığına artıq bilməyən yoxdur”.
Modern.az