Modern.az

İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti təsis edilib

İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti təsis edilib

5 May 2015, 11:25



Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi olacaq. Dostluq Cəmiyyətinin təsisçiləri İtaliya tərəfdən  jurnalisti Dündar Keşaplı , Azərbaycan tərəfdən isə Rəşad Qurbanovdur.
Modern.az-ın məlumatına görə, Dostluq Cəmiyyətinin yaradılmasında məqsəd iki ölkə arasında turizm, mədəniyyət, təhsil, idman sahəsində əlaqələri gücləndirmək və bu əlaqələrin inkişafına töhfə verməkdir. Xatırladaq ki, Dündar Keşaplı 25 ilə yaxındır İtaliyada yaşayır və media sahəsində fəaliyyət göstərir. Bu günə qədər dünyanın məşhur futbolçularından müsahibələr alıb.

D. Keşaplının sözlərinə görə, yeni cəmiyyətin yaradılması İtaliyada və Azərbaycanda dəstəklənib. O bildirib ki, cəmiyyətin fəaliyyəti xüsusilə, qarşılıqlı idman, turizm, mədəniyyət, o cümlədən film, moda və digər sahələri əhatə edəcək.

Qeyd edək ki, Dündar Keşaplı İtaliyada Ağdəniz Qəzetçilər Dərnəyinin rəhbəridir. Təqdimat mərasimində mədəniyyət, idman sahəsində tanınmış insanlar, o cümlədən Qarabağ futbol klubunun məşqçisi Qurban Qurbanov, AFFA-nın üzvü Elxan Tağızadə, tanınmış modelyer Fəxriyyə Xələfova, Qarabağ futbol kıubunun vitse-prezidenti Tahir Gözəl, millət vəkili Adil Əliyev, bəstəkar Gövhər Həsənzadə iştirak edəcəklər.

Təqdimat mərasimi 6 may saat 19-00-da Park İnn oteldə keçiriləcək.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat