Modern.az

Rixos otellər şəbəkəsinin yeni regional ofisi - FOTOLAR

Rixos otellər şəbəkəsinin yeni regional ofisi - FOTOLAR

Təhsil

5 May 2015, 10:10


Beynəlxalq Rixos lyuks otellər şəbəkəsi Bakıda fəaliyyət göstərəcək yeni regional ofisinin təqdimatını keçirib. Modern. az xəbər verir ki, bundan sonra yeni regional ofis Azərbaycan və Gürcüstanda yerləşən otelləri təmsil edəcək. Bu otellərin siyahısına Azərbaycanda Rixos Quba Azərbaycan, Şamaxı Palace  Platinium  by Rixos, Naftalan Hotel by Rixos və Gürcüstanda Rixos Borjomi  daxildir. Regional ofis sayəsində bu otellərdən savayı, dünyanın hər bir yerində olan Rixos otellərini də bron etmək mümkün olacaq.

Təqdimat mərasimi daxilində, 1 May tarixində Rixos Quba Azərbaycan  otelində infotur təşkil olunub. İnfoturda Azərbaycanda yerləşən bir neçə ölkənin səfirliyinin nümayəndələri,  respublikamızdakı yerli və beynəlxalq iri şirkətlərin nümayəndələri, turizm sektorunun əməkdaşları ve mediya üzvləri iştrak etmişdilər. Qonaqlar otel əməkdaşları tərəfindən qarşılanıb və geniş şəkildə otel və xidmətləri ilə tanış olduqdan sonra Rixos otellərinin rəhbərləri ilə görüşüblər. Görüşün sonunda qonaqlara Azərabaycanın gənc caz ifaçısı Ülkər Əliyevanın ifası ilə şam yeməyi ziyafəti təqdim olunub. Rixos otellər şəbəkəsi 2000-ci ildə Türkiyədə qurulmaqla, son 15 il ərzində sürətlə inkişaf edərək öz adını ən tez böyüyən otel şirkətləri arasına yazıb. Rixos bu gün dünya üzrə, Avropada, Türkiyədə, Yaxın Şərqdə, Afrikada və Asiyada 30dan çox otellə təmsil olunur.  Rixos otellər şəbəkəsinin rəhbərliyinin əsas şüarı – bütün qonaqlara unikal istirahət imkanını Türk qonaqpərvərliyi ilə təqdim etməkdir.

Azərbaycanda ilk Rixos oteli – Naftalan  Hotel by Rixos 2013-cü ildən fəaliyyət göstərir. 2014-cü ilin yay aylarında isə Rixos Azərbaycan və Şamaxı Palace Platinium  by Rixos qapılarını qonaqlarının üzünə açıb.


Elmin NURİ    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat