Modern.az

Anası atan uşağı it xilas etdi

Anası atan uşağı it xilas etdi

5 May 2015, 17:13


Tailandın Çonburi əyalətində anası tərəfindən atılan yeni doğulan qızı Nom Sot (“Süd”) adlı küçə iti xilas edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Pattana Villa qəsəbəsindəki mühafizə olunan kotteclərin yerləşdiyi küçələrdən birində yaşayan it mələfəyə bükülən körpəni dişləri ilə tutaraq dalaşan iki itin yanından təhlükəsiz əraziyə aparıb. Bundan sonra qəsəbə sakinləri uşağı itdən alaraq xilasediciləri çağırıblar. Bədənində bir neçə dişlək yeri olan qızcığaz xəstəxanaya yerləşdirilib.

Yerli polisin verdiyi məlumata görə, qəsəbədə quraşdırılan müşahidə kameralarındakı bir neçə kadrda möcüzə nəticəsində xilas edilən körpəni küçəyə atmaqda şübhəli bilinən qadın əks olunub. Polis hazırda onun şəxsiyyətini müəyyənləşdirmək üçün çalışır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat