Modern.az

Eynşteynin beyninin parçaları ən çox ziyarət edilən eksponatdır

Eynşteynin beyninin parçaları ən çox ziyarət edilən eksponatdır

Təhsil

5 May 2015, 23:25

Dünya elminin inqilabçılarından sayılan böyük fizik, Nobel mükafatçısı Albert Eynşteynin ölümündən sonra oğurlanan və 46 hissəyə ayrılan beyni hazırda ABŞ-ın Mutter muzeyində saxlanılır.

Modern.az xəbər verir ki, 2011-ci ildə həmin muzeyə gətirilən beyin parçaları hazırda orada turistlər tərəfindən ən çox ziyarət edilən, maraqla qarşılanan eksponatdır.   Eynşteyn dünyasını dəyişərkən cəsədinin yandırılmasını, bir sümüyünün belə, ələ keçməməsini vəsiyyət edib. Alimin vəsiyyətinə əməl edilib və cəsəd ABŞ-ın şimalındakı Delavere adlanan yerə aparılaraq orada yandırılıb.  

Amma cəsəd Pensilvaniyada olan zaman Tomas Hervey adlı həkim onun beynini oğurlamağa müvəffəq olub. Sonra həmin beyni 46 hissəyə ayırıb. Sonradan tapılan hissələr  muzeyə təhvil verilib.  

Elmin NURİ
 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə