Modern.az

Ukrayna prokurorluğu “Şaxtyor”un sahibinə qarşı cinayət işi aça bilər

Ukrayna prokurorluğu “Şaxtyor”un sahibinə qarşı cinayət işi aça bilər

6 May 2015, 00:18



Ukraynanın baş prokurorluğu oliqarx, “Şaxtyor” klubunun sahibi Rinat Axmetovun Donbasdakı üsyançılara maliyyə yardımı göstərməsi ilə bağlı araşdırma aparır.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukraynanın ən varlı iş adamlarından sayılan Axmetova hələ ki heç bir ittiham irəli sürməyib. Prokurorluq hazırda Ukraynanın bəzi KİV-lərində onun üsyançılara maliyyə yardımı etməsi ilə bağlı araşdırma aparır.

Rinat Axmetovun mətbuat xidmətinin nümayəndələri bu informasiyaları təkzib edərək bildiriblər ki, yanvar ayındakı sorğu-sualdan sonra prokurorluğun əməkdaşlarının biznesmenə heç bir əlavə sualları olmayıb.

Aprelin 24-də axşam “Şuster Live” televiziya verilişində birbaşa efirdə “Pyotr Poroşenkonun bloku”ndan olan deputat Yeqor Firsov xəbər verib ki, Ukraynanın baş prokurorluğy Rinat Axmetova qarşı cinayət işi qaldırıb.

Biznesmen isə bir qədər sonra deputatın bəyanatını təkzib edərək bunun mümkün olmadığını söyləyib.

Yeqor Firsov isə buna cavab olaraq özünün Facebook səhifəsində həmin cinayət işi ilə bağlı sənədləri yayıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir