Modern.az

Səhiyyə Nazirliyinin mətbuat katibi işdən çıxdı, yenisi təyin olundu

Səhiyyə Nazirliyinin mətbuat katibi işdən çıxdı, yenisi təyin olundu

6 May 2015, 00:22

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli tutuduğu vəzifədən azad olunub.
 
“Azerfax”ın əldə etdiyi məlumata görə, A.Qədirli işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib.
 
A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib.
 
Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat da olub. 

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, bu, jurnalist Liya Bayramovadır. Onun imzası "Zerkalo" qəzetindən tanınır. 
 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat