Modern.az

Hərbi Prokurorluqda Heydər Əliyev yad edildi

Hərbi Prokurorluqda Heydər Əliyev yad edildi

7 May 2015, 15:01

Mayın 7-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Hərbi Prokurorluğunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbirdə çıxış edərək, Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar barədə ətraflı məlumat verib.

X.Vəliyev daha sonra qeyd edib ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.
Hərbi prokuror bu gün Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi töhfələrdən də bəhs edibr.

Tədbirin sonunda Respublika Hərbi Prokurorluğunun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilib, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat