Modern.az

Gəncədə Heydər Əliyevlə bağlı rekorda imza atıldı – FOTO

Gəncədə Heydər Əliyevlə bağlı rekorda imza atıldı – FOTO

7 May 2015, 15:35

Dünya və Azərbaycan rekordunu təzələyən Gəncə gənclərinin yaratdıqları canlı portret və imza “Ginnesin rekordlar kitabı”na salınması üçün qeydə alınıb. 

Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə 10 min gəncəli gənc Heydər Əliyevin canlı portretini və imzasını yaradıb.  

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar hadisə münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, gəncəli gənclər bu gün dünya rekorduna imza atdılar.  

Elmar Vəliyev bildirib ki, Gəncənin qırdığı bu dünya rekordu yaxın günlərdə rəsmi olaraq “Ginnesin rekordlar kitabı”na daxil ediləcək və sertifikat təqdim olunacaq. 

Modern.az    

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat