Modern.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, adı çəkilən qurum yay mövsümünün başlanması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artdığı üçün bəzi tövsiyələr verib:
“Əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyindən turizm fəaliyyətinə verilən və qüvvədə olan lisenziyanın olub-olmamasını, “Turizm haqqında” qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.
Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana fəaliyyətinə lisenziya (xüsusi razılıq) alan obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur”.
Elmin NURİ