İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA-nın prezidenti Mişel Platini AFFA-nın prezidenti Rövnəq Abdullayevi qəbul edib.
Modern.az bildirir ki, bu barədə AFFA-dan məlumat verilib.
"Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı UEFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.