Modern.az

Sabah Azərbaycanda bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

Sabah Azərbaycanda bu yollarda hərəkət məhdudlaşdırılacaq - SİYAHI

7 May 2015, 20:09


Sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yollar məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin keçirilməsi ilə əlaqədar 08.05.2015-ci il tarixdə aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:  

Ağdaş-Zarağan-Qəbələ yolu:

Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə) saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək;

Zarağan-Oğuz-Şəki yolu:  

Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə) saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək;

Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə) saat 10:40-dan 12:40-dək.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat