Modern.az

Azərbaycan filmi Amerika kino festivalından 1-ci yeri qazanıb

Azərbaycan filmi Amerika kino festivalından 1-ci yeri qazanıb

Təhsil

8 May 2015, 16:49

Rejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi  ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest film festivalında “Ən yaxşı tammetrajlı debüt film ” mükafatına layiq görülüb.

Modern.az xəbər verir ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə çəkilən film 30 aprel-7 may tarixlərində keçirilən festivalda diqqət mərkəzində olub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, Otar Pertaxiadır. Baş rolları isə Namiq Ağayev və Mehriban Zəki ifa edirlər. 


Elmin NURİ

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat