Modern.az

Qazaxıstandakı baş konsulumuza fəxri ad verilib

Qazaxıstandakı baş konsulumuza fəxri ad verilib

Təhsil

8 May 2015, 22:42

X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin elmi şurasının qərarına əsasən, Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görülüb.

Modern.az-ın məlumatına görə, təqdimetmə mərasimində universitetin rektoru, filologiya elmləri doktoru, professor Beybit Mamrayev çıxışında, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında əlaqələrdən, xüsusi ilə elm və təhsil sahəsində Atırau Dövlət Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsindən danışaraq, qazanılan uğurlarda Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədovun böyük əməyi olduğunu qeyd edib.
Rektor universitetdə Baş konsulluq tərəfindən çox saylı tədbirlərin təşkil olunduğunu qeyd edərək, “Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzi” yaradılmasında Rəşad Məmmədovun xüsusi rol oynadığını vurğulayıb. B.Mamrayev, Azərbaycan baş konsulunun göstərdiyi fəaliyyəti nəzərə alaraq, Rəşad Məmmədova elmi şura qərarı ilə X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin fəxri professoru adına layiq görüşdüyü haqqında məlumat verib.

Aktau şəhərindəki baş konsul Rəşad Məmmədov bundan sonra da iki qardaş ölkə və xalq arasında əlaqələrin inkişafı istiqamətində çalışacağını qeyd edib.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?