Modern.az

Faşizm üzərində qələbənin 70 yaşı tamam oldu

Faşizm üzərində qələbənin 70 yaşı tamam oldu

Təhsil

9 May 2015, 00:01

Bu gün 9 May - Qələbə günüdür. II Dünya Müharibəsində faşizm üzərində qələbə günü Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

Modern.az-ın məlumatına görə, II Dünya müharibəsində faşizm üzərində qələbənin 70-ci ili tamam olur. Hitler Almaniyasi ilə aparılan bu müharibədə 640 mindən çox Azərbaycan vətəndaşı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. 43 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Böyük Vətən Müharibəsi adlandırdığımız qanlı savaş 1418 gün davam edib...

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə bir çox başqaları öz qəhrəmanlıqları ilə şan-şöhrət qazanıblar.

Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.

1941-1945-ci illər müharibəsində iştirak etmiş soydaşlarımızdan 1291 nəfər veteran hazırda  yaşayır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat