Modern.az

Millət vəkilləri “Heydər Zirvəsi”nə yürüş etdi – FOTO

Millət vəkilləri “Heydər Zirvəsi”nə yürüş etdi – FOTO

Təhsil

9 May 2015, 12:30


Mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə millət vəkilləri Fuad Muradov, Əli Hüseynli və Ülvi Quliyev “Heydər Zirvəsi”nə (3752 m) yürüş ediblər.

Bu barədə millət vəkili Fuad Muradov öz Facebook səhifəsində yazıb. ““Heydər Zirvəsi”nə yürüş etdik. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə adını daşıyan zirvəyə qalxmaqla ulu öndərin xatirəsini andıq. Məhz ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünyada hər gün yeni zirvələri fəth edir. İnanıram ki, bu fəthlərin daha bir zirvəsi Qarabağın işğaldan azad edilməsi olacaq”,-deyə millət vəkili statusunda bildirib.
Fuad Muradov  yürüş zamanı çəkilmiş fotoları da paylaşıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat