Ötən gün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində ölən erməni əsgəri Arutyun Qambaryanla bağlı yeni məlumatlar üzə çıxıb.
Modern.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə döyüş postunda aldığı güllə yarasından ölən 1995-ci il təvəllüdlü Arutyun Qambaryan Ermənistan polisinin rəis müavini Anubaxa Qambaryanın qohumudur.
Məlumata görə o, Anubaxa Qambaryanın əmisi oğludur.
Aqşin Kərimov