Modern.az

Bakı Olimpiya Stadionu sınaqdan keçirilib

Bakı Olimpiya Stadionu sınaqdan keçirilib

9 May 2015, 23:14



Mayın 9-da Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkil olunacağı Bakı Olimpiya Stadionunun hazırlıq vəziyyəti sınaqdan keçirilib.

Modern.az xəbər verir ki, sınaq tədbirində çıxış edən gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Azərbaycan paytaxtının belə mötəbər idman tədbirinə ev sahibliyi etməsini ölkəmizin daha bir böyük uğuru kimi qiymətləndirib. Oyunlar zamanı bütün Avropanın diqqətinin Bakıya yönələcəyini vurğulayan nazir bu böyük idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsinin və Əməliyyat Komitəsinin yorulmadan çalışdığını diqqətə çatdırıb. Azad Rəhimov hazırlıq işlərində yaxından iştirak edən könüllülərə minnətdarlığını bildirib, belə bir tədbirin təşkilində onların iştirakının həmin gənclərə böyük təcrübə qazandırdığını söyləyib.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə, həmçinin stadiona daxil olan 2015-ci şəxsin açılış mərasiminə ikinəfərlik biletlə mükafatlandırılacağı elan edilib.

 
Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat