Modern.az

Türkiyənin sabiq prezidenti vəfat edib

Türkiyənin sabiq prezidenti vəfat edib

Təhsil

10 May 2015, 03:30

Ankara Gülhanə Hərbi Tibb Akademiyasında  müalicə alan  98 yaşlı  Türkiyənin  hərbi çevrilişlə hakimiyyətə  gəlmiş 7-ci  prezidenti Kənan Evren dünyasını dəyişdi.  

Musavat.com DHA-ya istinadən xəbər verir ki, Kənan  Evren uzun zamandır Gülhanə Hərbi Tibb Akademiyasında müalicə görüb və son zamanlarda tənəffüs cihazına bağlı olaraq saxlanılırmış.

  Bu gün vəziyyəti ağırlaşan 98 yaşlı  K.Evrenin həyatını xilas etmək üçün həkimlər çalışsalar da, bu mümkün olmayıb. 

  Qeyd edək ki,  Kənan Evren Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident idi. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir.

  K. Evrən son zamanlar üzərində aparılan məhkəmə qərarları ilə ömürlük həbs cəzasına məhkum edilmişdi. Lakin yaşlılığı və ağır xəstəliyi səbəbindən bu hökmü icra etmək mümkün olmadı.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat