Modern.az

I Avropa Oyunlarının məşəli Beyləqan və Yeni Xocavənddə - FOTOLAR

I Avropa Oyunlarının məşəli Beyləqan və Yeni Xocavənddə - FOTOLAR

Təhsil

10 May 2015, 11:34

I Avropa Oyunlarının məşəli daha yerdə alovlandırılıb. Modern.az saytı xəbər verir ki, məşəl estafetini əvvəlcə ölkənin cənub-qərbində Mil düzündə yerləşən Beyləqan rayonu qəbul edib. Estafet Beyləqanın magistral küçəsində başlamaqla, 31 Mart – Azərbaycanlıların soyqırımı abidəsinin önündən keçməklə, məşhur Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin adını daşıyan küçə ilə davam edib.
Estafeti məşqçi-müəllim Əli Sarıyev başladıb. Məktəblilər Nigar Sadıqlı, İlkanə Qəhrəmanlı, Gülşən Cahidli, Günel Bəndəliyeva və Türkanə Mehdiyevadan sonra estafeti idman təmsilçiləri - məşqçilər İlham Quliyev (cüdo) və Sahib Nəsibov (taekvondo) davam etdiriblər. Gənc sərbəst güləşçilər arasında dünya və Avropa çempionatının medalçısı Bəxtiyar İsrafilli də məşəlçilər arasında olub. Son yürüş məsafəsini qət edən məşqçi-müəllim Nofəl Hüseynovun səhnəyə çıxaraq, yandırdığı çırağı rayon ictimaiyyətinə 9-cu sinif şagirdi Fatimə Kazımlı təhvil verib. Bayram ovqatına bürünmüş parkda məşəlçilər qarşılandıqdan sonra yerli əhali ilə görüş keçirilib, yerli sənətkarların, yetişən idmançılar nəslinin nümunəvi çıxışları izlənilib, Bakı 2015-in canlı rəmzləri ilə şəkillər çəkdirilib.

Sonra, Bakı 2015 alovu Xocavəndli məcburi köçkünlər üçün, Beyləqan rayonu ərazisində salınmış Yeni Xocavənd qəsəbəsinə aparılıb. Estafeti peşəkar döyüşçü pəhləvanlar Abbasov qardaşlarından biri başlayıb, digəri başa çatdırıb. Bəxtiyar Abbasovdan sonra təqaüdçü-aqronom Murad Quliyev, şaolin döyüş sənəti üzrə məşqçi-müəllim Elvin Səfərov, sahibkar Əbülfət Hüseynov, ictimai fəallar Müşfiq Hüseynov və Davud Tahirov, informasiya təhlükəsizliyi üzrə menecer Babək Hüseynov, əmtəəşünas Fərhad Tahirov, Bakı 2015-in rəsmi tərəfdaşı “Nar Mobile”ın nümayəndəsi Ruslan Hüseynov, bədən tərbiyəsi və idman müəllimi Taleh Mirzəyev davam etdiriblər. Son məşəlçi pankration və döyüş sambosu üzrə dünya çempionu, GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının vitse-prezidenti Şəhriyar Abbasov Bayraq meydanında quraşdırılmış səhnəyə qalxaraq, Bakı 2015-in rəmzi çırağını alovlandırıb. Orta məktəbin 11-ci sinif Aytac Rüstəmli çırağı ictimaiyyətə təqdim edib.

Məşəl estafeti sabah, mayın 10-da Ağcabədiyə səyahətini başa vurduqdan sonra Ağdam rayonunun Quzanlı qəsəbəsində davam edəcək və orada möhtəşəm Alov Festivalı ilə daha bir günə yekun vurulacaq.











Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat