Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin keçmiş rəhbəri, tanınmış jurnalist Azər Sarıyevə Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifə verilib.
Trend-in məlumatına görə, A.Sarıyev FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin mətbuat xidməti şöbəsinin baş məsləhətçisi təyin edilib.
Modern.az-ın məlumatına görə, Azər Sarıyev jurnalist fəaliyyətinə “Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib.
Daha sonra “Palitra” qəzetinin baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” informasiya agentliyi ilə əməkdaşlıq edib.
2003-cü ildən 2014-cü ilədək Mərkəzi Seçki Komissiyasında mətbuat katibi işləyib.
2014-cü ildə AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsinə təyin olunub, ancaq az bir müddət işlədikdən sonra bu işdən ayrılıb.
Modern.az