Modern.az

Gəncədə ümumşəhər bayramı keçirilib - FOTOLAR

Gəncədə ümumşəhər bayramı keçirilib - FOTOLAR

Təhsil

10 May 2015, 14:53

Gəncədə mərhum prezident Heydər Əliyevin doğum günü ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir görkəmli bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürası və C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında  Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş bədii kompozisiya ilə başlayıb. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, qonaqlar, ictimaiyyətin nümayəndələri dahi rəhbərin əziz xatirəsinə hörmət və məhəbbətin ifadəsi olaraq ulu öndərin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzüblər.

Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində eksponatlara baxıblar. 











Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat