Modern.az

Tanınmış aktyor İŞİD-ə qarşı döyüşə getdi - FOTOLAR

Tanınmış aktyor İŞİD-ə qarşı döyüşə getdi - FOTOLAR

Təhsil

11 May 2015, 12:40


Hollivud filmləri “Karib dənizinin quldurları” və “Gecə Gündüz” filmlərində Conni Dipp və Tom Kruz kimi ulduzlarla tərəf müqabili olan ingilis aktyor Maykl Enrayt İslam Dövləti  terrorçu təşkilatına (İŞİD) qarşı döyüşmək üçün Suriyaya gedib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-lı jurnalist Ceyms Foleynin qan donduran edam görüntülərindən sonra İŞİD-i yox etmək üçün mübarizəyə qərar verən Enrayt iki aydır Suriyanın şimalında Sincar Dağlarında YPG militanlarından təhsil almağa başlayıb.

YPG militanlarından fiziki dözümlülük təlimlərilə yanaşı gözləri bağlı halda kalaşnikov avtomatını söküb-yığmağı da öyrəndiyini söyləyən aktyor digər döyüşçülər kimi əynində forma və tüfəngiylə yatır.

51 yaşlı aktyor “Daily Mail”ə verdiyi müsahibədə “Onları tamamilə yox etmək, gördüyüm yerdə öldürmkə həddinə gəldim” deyib.

Enraytın səbrini daşıran son damla iordaniyalı pilot Muaz əl-Kesasibenin yanvar ayında yandırılaraq öldürülməsi olub. Aktyor mobil telefonuna edam görüntülərini yükləyibmiş və döyüşmək əzmi azalan kimi həmin görüntüləri izləyirmiş.


 

Gülşən RAUFQIZI  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat