Türkiyəyə məxsus yük gəmisi Liviyanın Tobruk limanına yaxınlaşan zaman sahildəki naməlum şəxslər tərəfindən atəşə tutulub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı insident nəticəsində gəmidəki bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Türkiyə Xarici İşlər Nazirliyi hücum zamanı gəminin beynəlxalq sularda olduğnu bildirib. Gəmiyə hücumla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Modern.az