Modern.az

Amerikalı jurnalistdən Ben Ladenlə bağlı şok İDDİA

Amerikalı jurnalistdən Ben Ladenlə bağlı şok  İDDİA

11 May 2015, 21:50


Məşhur amerikalı jurnalist, prestijli "Pulitzer" mükafatının müəllifi Seymur Hers dünyanın 1 nömrəli terrorçusu olan Usama Ben Ladenlə bağlı şok iddia iərli sürüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur jurnalist Ben Ladenin Ağ Evin iddia etdiyi kimi xüsusi əməliyyat zamanı yox, Pakistan hərbçiləri tərəfindən əsir götürüldükdən sonra öldürüldüyünü deyib.

Yazdığı məqalədə Hers Ben Ladenini 2011-ci ildə öldürüldüyünü deyil, hələ 2006-cı ildə Pakistan xüsusi xidmət orqanları tərəfindən əsir götürüldüyünü deyib. Onun sözlərinə görə 2011-ci ildə yüksək rütbəli pakistanlı hərbçilərdən biri 25 milyon dollar qarşılığında Ben Ladenini yerini Amerika xüsusi xidmət orqanlarından birinə deyib. Bundan sonra, pakistanlılar dünyanın 1 nömrəli terrorçusunun saxlanıldığı yeri tərk edib və amerikalı hərbçilərin ixtiyarına verib. Ağ Evin Ben Ladeninin cəsədini müsəlman qaydalarına uyğun olaraq dəfn edildiyini və sonra Hind okeanına atıldığını iddia etsə də, Seymur Hers cəsədin vertolyotla Əfqanıstanın Cəlilabad şəhərinə gətirildiyini və Hindquş dağlarına atıldığını deyib.

Seymur Hers 1969-cu ildə Vyetnamda amerikalı hərbçilərin 500 dinc sakini qətlə yetirməsini işıqlandıran Seymur Hers ölkənin ən nüfuzlu jurnalistlərindən sayılır.

Modern.az 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?