Ukrayna Antiteror Əməliyyatının komandan müavini Valentin Fediçev ölkənin şərqində vuruşan rusiyalı hərbçilərin sayını açıqlayıb. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Fediçev Şərqi Ukraynada Rusiya ordusunun 9 min hərbçisinin iştirak etdiyin deyib. Ukraynaya gələn könüllü ruslarla birlikdə bu rəqəmin 43 min nəfər olduğu bildirilir. Ukrayna Antiterror xidməti Rusiya hərbçilərinin 170, onların dəstək olduğu separatçıların isə 900 tanka malik olduğunu deyiblər.
Qeyd edək ki, Qərb dövlətləri dəfələrlə Rusiyanı Ukraynanın şərqindəki separatçılara dəstək olmaqda ittiham ediblər. Modern.az