Modern.az

“Məhkəmə obyektiv hökm çıxardı” - “McDonalds”ın rəhbəri icra başçısının oğlunun həbsindən DANIŞDI

“Məhkəmə obyektiv hökm çıxardı” - “McDonalds”ın rəhbəri icra başçısının oğlunun həbsindən DANIŞDI

12 May 2015, 12:43


“McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev oğlu Sənan Mirzəyevin ölümündə təqsirli bilinə İlham Əsgərlinin və Süleyman Əhlimanovun həbsinə münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında bildirib ki, məhkəmə oğlunun ölümündə təqsirli bilinən sürücülər barədə obyektiv hökm çıxarıb:

“Mən oğlumu itirmişəm. İlham Əsgərli həbs müddətini bitirdikdən sonra evinə qayıdacaq. Amma mənim oğlum heç vaxt evə qayıtmayacaq. Sadəcə olaraq, fəxr eləyirəm ki, azərbaycanlıyam. İstəyirdim ki, məhkəmə Azərbaycan qanunları əsasında obyektiv və ədalətli qərar çıxarsın. Əgər məhkəmə belə məsləhət gördüsə, demək belə də olmalı idi. İlk gündən belə bir qərarın çıxarılmasını gözləyirdim. Məhkəmə də ədalətli qərar qəbul edib”.

Mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

Ötən ilin sentyabrın 27-də saat 18 radələrində Xəzər rayonunda “Mercedes” markalı avtomobil Əhliman Qəhrəmanovun idarə etdiyi yük maşını ilə toqquşub. Hadisə zamanı “McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli  və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçün xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılıb.

Bu iş üzrə davam edən məhkəmə prosesində Maqsud Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edib və hesab edib ki, hadisənin baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır.

Sevinc YASİNQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?