Modern.az

Deputat Sloveniyada Qələbə günü ilə bağlı keçirilən tədbirlərə qatılıb - FOTO

Deputat Sloveniyada Qələbə günü ilə bağlı keçirilən tədbirlərə qatılıb - FOTO

12 May 2015, 12:41


Mayın 9-da Sloveniyanın Nova-Qoritsa və Şempos şəhərlərində II Dünya müharibəsində Faşizim üzərində qələbənin 70 illiyi münasibəti ilə tədbirlər keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin üzvü Rauf Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi hərbi ataşe Kamil Quliyev, Azərbaycanın Avstriyadakı səfirliyindən Qalib İsrafilov, Sloveniyadakı səfirliyinin nümayəndəsi və Oğuz rayon  İHB Eyvaz Qurabanovdan ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Səfər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib..

Tədbirin rəsmi hissəsi Nova-Qoritsa şəhərində keçirilib. Tədbirdə Milli Məclisin üzvü Rauf Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi  Kamil Quliyev, Azərbaycanın Avstriyadakı səfirinin nümayəndəsi Qalib İsarfilov çıxış ediblər. Onlar II Dünya müharibəsində Faşizim üzərində qələbə çalmasında Azərbaycan xalqının rolundan, o cümlədən Sloveniya partizan hərəkatının fəal üzvlərindən biri olan Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyat yolundan və qəhrəmanlığından danışıblar. Həmçinin Azərbaycanla Sloveniya arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu,  bu sahədə Azərbaycan dövləti tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün tədbirlərin görüldüyünü bildiriblər.

Daha sonra tədbirdə Nova-Qoritsa şəhərinin meri Matey Arçon, Sloveniya Partizan Birliyinin sədri Tone Velikone də çıxış ediblər.

Tədbir çərçivəsində Oğuz Rayon İHB Eyvaz Qurbanov və Nova-Qoritsa şəhərinin meri Matey Arçon qardaşlaşmış şəhərlər olan Oğuz və Nova-Qoritsa şəhərləri arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə sənədlər imzalayıblar. Tədbir Şempos şəhərində İnformatik tablonun açılış mərasimi ilə davam etdirilib. Mərasimdə qəhrəman partizan Mehdi Hüseynzadənin məzarı üstünə əklil qoyulub. Burda Sloveniya Parlamentinin üzvü, Azərbaycan- Sloveniya Parlamentlərarsı dostluq qrupunun sədri Mikiyam Bon-Klanseçk, Şempos şəhər Bələdiyyəsinin sədri  Barbara Klante, Nova-Qoritsa şəhərinin Parlamentdəki təmsilçisi xanım Demyana Pavliçsa çıxış ediblər.

Çıxışlarda Sloveniyanın faşizim əsarətindən azad olunmasında Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin qəhrəmanlıqla dolu döyüş yolundan, Azərbaycan- Sloveniya xalqları arasında olan dostluq əlaqələrindən də bəhs olunub.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?