Modern.az

Kimlər prokuror ola biləcək-siyahı açıqlandı

Kimlər prokuror ola biləcək-siyahı açıqlandı

12 May 2015, 13:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının  nəticələrini açıqlayıb.

Modern.az saytının məlumatına görə, mayın 8-də TQDK-nın Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında (www.tqdk.gov.az) yerləşdirilib.

İşə qəbul olmaq üçün ərizə təqdim edən 380 namizəddən 20 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 360 namizəddən 38 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 81,5 bal olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?