Modern.az

Nepalda 7,4 bal gücündə yeni zəlzələ baş verib

Nepalda 7,4 bal gücündə yeni zəlzələ baş verib

12 May 2015, 13:11


Nepalda aprelin 25-də baş verən dağıdıcı zəlzələdən sonra növbəti dəfə güclü yeraltı təkanlar qeydə alınıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 7,4 bal gücündə baş verən təkanlar ölkənin şərqindəki Namçe-Bazar qəsəbəsinin 68 kilometrliyində olub. Təkanlar yerin 18,5 kilometr dərinliyində baş verib. Zəlzələ Hindistanın şimal hissəsində də hiss olunub. Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.

Aprelin 25-də Nepalda baş verən zəlzələ zamanı həlak olanların sayı 8 min nəfəri keçib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?